Logo
B

Bakı Metropoliteni QSC / Baku Metro CJSC

129 employees

1967-ci il noyabrın 6-da 5 stansiyadan ibarət - "Bakı Soveti" (indiki - "İçərişəhər"), "Sahil", "28 Aprel" (indiki - "28 May"), "Gənclik" və "Nərimanov" 9,2 km-lik yeraltı xətt istifadəyə verildi. Üçü dərin özüllu olan bu stansiyalar arasında müntəzəm hərəkət təmin olunduqdan üç ay sonra, 1968-ci il fevralın 22-də “28 May-Xətai” xətti üzrə ilk qatar hərəkətə başladı. Bununla da, “28 May” stansiyası “Nəriman Nərimanov” və “Xətai” stansiyalarına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişinlər üçün keçid stansiyasına çevrildi. 2021-ci il may ayının 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "8 Noyabr" stansiyası istismara verildi. 2022-ci il dekabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Xocəsən” stansiyası və “Xocəsən” elektrik deposu istismara verildi. Bununla da metropoliten xətlərinin uzunluğu 40,7 kilometr olmaqla, 3 xətt üzrə stansiyalarının sayı 27-ya çatdırıldı. Hazırda Bakı metropolitenində, konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına görə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Basic info

Industry

Rail Transportation

Sectors

Rail Transportation

FAQ