Logo
G

Grand-Agro LLC

58 employees

2017-ci ildə təsis edilmiş Grand-Agro MMC 2 il ərazində 1100 hektar ərazidə (əsasən zeytun olmaqla) 800 000-dən çox zeytun və badam tinglərinin əkinini uğurla həyata keçirmişdir. Tinglərin seçimində torpaq sahələrinin, su mənbələrinin bioloji və kimyəvi analizləri aparılmış, yerli iqlimi, məhsulun bazar üstünlüyünü nəzərə alaraq yüksək məhsuldarlığı ilə seçilən İspan, İtaliyan və Fransız mənşəli 23 zeytun və 9 badam sortundan ibarət sort xəritəsi hazırlanmış və əkini həyata keçirilmişdir. 660 hektarlıq köhnə zeytun bağlarında əsaslı budama aparılmışdır. Ərazilər Qala, Türkan, Hövsan, Zirə, Ramanada yerləşməklə 2 il ərzində 2500 hektara yaxın ərazidə 12 nasos stansiyası kompleksi qurulmuş, 3 qaraj kompleksi tikilmiş, bütün işçi heyəti daimi və yerli olmaqla 350 nəfər işlə təmin olunmuşdur. Yerli mütəxəssislərimizin daimi inkişafını, iş məhsuldarlığını artırmağı əsas prinsip olaraq saxlamaqla Zeytun Emalı Zavodu istismara verildikdən sonra ümumi işçi heyətinin 500-ə çatdırılması planlaşdırılır. Grand-Agro MMC-nin əkin sahələrindən maksimum məhsuldarlıq hədəfləri müəyyənləşdirilmiş və məhsuldarlıq planlaması əsasında illik emal gücü 15 000 ton olan süfrəlik zeytun və zeytun yağı istehsalı kompleksinin layihələndirilməsi işləri tamamlamışdır. Zavodun istismara verilməsi 2021-ci ildə nəzərdə tutulmuş və əhalinin yüksək keyfiyyətli zeytun məhsulları ilə təmin olunması planlaşdırılmışdır. Ümumilikdə şirkətimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, Abşeron yarımadasının, xüsusən də Bakı şəhərinin ekoloji vəziyyətinin əhəmiyyətli yaxşılaşdırılmasını, zeytun məhsulları ilə vətəndaşlarımızın sağlamlığına əvəzedilməz töhfə verilməsini, ölkəmizdə zeytun mədəniyyətinin formalaşdırılmasını əsas hədəflər olaraq seçməklə nümunəvi kənd təsərrüfatı şirkəti olmaq missiyasındadır.

Basic info

Industry

Food Production

Sectors

Food Production

Date founded

2017

FAQ